image-rt-reklam
image-1backend

Köçəryan Paşinaynı hədələdi: Bunu etsən, inqilab olacaq

image-728x90

Hakimiyyət Moldova ssenarisini Ermənistanda təkrarlamağa cəhd edə bilər, lakin bu cür hərəkətlər, o cümlədən səslərin saxtalaşdırılması qaçılmaz olaraq inqilaba gətirib çıxaracaq.

Ulusal.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan mətbuat konfransı zamanı “Sputnik Ermənistan”ın sualını cavablandırarkən deyib .

“Mən şübhə etmirəm ki, hakimiyyət Moldovanın nümunəsini Ermənistana tətbiq etməyə çalışacaq. Geosiyasi maraqlar toqquşanda demokratiya unudulur – bu faktdır”, – Köçəryan qeyd edib.

O, hesab edir ki, Ermənistan hakimiyyəti oxşar modeli həyata keçirməyə cəhd edə bilər, lakin bunun nəticələri son dərəcə təhlükəli olacaq.

“Mülki müqavilə” başa düşməlidir ki, seçkilər zamanı səslərin oğurlanması və ya hakimiyyətin Moldovada edilənləri etməyə hər hansı cəhdi inqilaba gətirib çıxaracaq”, – Köçəryan qeyd edib.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90