image-rt-reklam
image-1backend

Köçəryan 2026-cı il parlament seçkilərində iştirak edəcək

image-728x90

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bildirib ki, onun komandası 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək.

Ermənistan KİV-nin xəbərinə görə, o, bunu mətbuat konfransında deyib.

“Hesab edirəm ki, 2021-ci il seçkiləri göstərdi ki, mənim müəyyən təsirim və seçicilərin bir hissəsini birləşdirmək imkanım var”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, sosioloji sorğular göstərir ki, onun iştirakı halında komandası siyasi qüvvənin istənilən digər nümayəndəsinin iştirakına nisbətən daha çox səs toplayacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90