image-2000x150
image-qarabag-sevinc959backend

Klubların yeni dünya reytinqi: “Qarabağ” postsovet məkanın “bir nömrəsi”dir

image-728x90

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb. Ağdam klubu ötən ayla müqayisədə 5 pillə geriləyib. Premyer Liqanın lideri 141 xalla 67-ci sırada qərarlaşıb.

Qurban Qurbanovun komandası Avropa təmsilçiləri arasında 46-cı, postsovet məkanında 1-cidir.

Türkiyə klublarından “Fənərbağça” 179,5 xalla 28-ci, “Başakşehir” 135,5 xalla 74-cü, “Sivasspor” 106,5 xalla 122-ci, “Trabzonspor” 101 xalla 133-cü yerdə qərar tuturlarsa, “Qalatasaray” və “Beşiktaş” 78 xalla 216-cı pilləni bölüşdürürlər.

Reytinqdə lider dəyişikliyi olub. “Real” 320 xalla birinci pilləyə yüksəlib. “Flamenqo” (Braziliya – 295 xal) ikinci sıraya düşüb, “Mançester Siti” isə üçüncü pillədə qalıb – 254.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90