image-rt-reklam
image-1backend

Klub prezidenti həbs edildi

image-728x90

“Vilyarreal” klubunun prezidenti Fernando Rox həbs edilib.

Ulusal.az xəbər verir ki, funksioner vergi fırıldaqçılığı səbəbindən 11 ay 28 gün həbs cəzasına məhkum edilib. Bu barədə “AS” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, İspaniya klubunun rəhbəri vergi hesabatları ilə bağlı 2 maddə üzrə təqsirli bilinib. Söhbət “sarı sualtıqayıqlar”ın stadionu olan “Estadio de la Seramika”nın yenidən qurulması ilə bağlı sənədlərdən gedir. “Vilyarreal”ın menecerləri vergi ödəməmək üçün 2004-2005-ci illərdə görülən işlərin dəyəri barədə məlumat bazasına yanlış informasiyalar daxil ediblər. Bu işdə klub departamentindən ümumilikdə 11 nəfər günahkar bilinib.

“Vilyarreal” məhkəmənin qərarı ilə razılaşmayaraq hökmdən apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, ötən mövsüm komanda 53 xal toplayaraq İspaniya La Liqasında 8-ci yeri tutub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90