image-rt-reklam
image-image_750x_68d913ff05eb6-750-1080-resizebackend

Kiyev Kardiologiya İnstitutu dronla vurulub

image-728x90

Rusiya ordusunun sentyabrın 28-ə keçən gecə Kiyevə kütləvi hava hücumu zamanı Ukrayna Milli Elmlər Akademiyasının Kardiologiya İnstitutu da dağılıb.

Dron zərbəsi nəticəsində xəstəxananın 4-cü mərtəbəsi yararsız hala düşüb.

Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tlaçenko bildirib ki, hava hücumu zamanı Kiyev şəhərinin 7 rayonunun 20 lokasiyasına ziyan dəyib.

“Təəssüf ki, 4 nəfər həlak olub. Hava hücumu kütləvi və çoxkombinasiyalı olub. Dronlar və raketlərdən istifadə edilib Kardiologiya İnstitutunda 2 nəfər həyatını itirib. Biri pasiyent, biri isə tibb işçisi olub. Hazırda araşdırırıq ki, hava həyəcanı zamanı onlar nə üçün sığınacaqda olmayıblar”, – deyə Tlaçenko əlavə edib.

Ukrayna Silahlı Qüvvələrinin açıqlamasına görə, bu gecə ölkə ərazisinə ümumilikdə 600-ə yaxın dron, 48 müxtəlif tipli raket atılıb. Əsas hədəf Kiyev şəhəri olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90