image-rt-reklam
image-1backend

“Kimisə özümə “calaq” etməyin yaxşı şey olmadığını bilirəm” – Ruslan bu dəfə 9 il cəza aldı

image-728x90

İranlı Milad adlı şəxsdən 14 kiloqram narkotik vasitəni satış məqsədi ilə almaqda ittiham olunan şəxs həbs edilib. Onun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Ulusal.az xəbər verir ki, 51 yaşlı Ruslan Məmmədov Yevlaxda 14 kiloqram narkotik vasitə ilə saxlanılıb.

Əvvəllər narkotik ittihamına görə bir neçə dəfə məhkumluq həyatı yaşamış Ruslan Məmmədov istintaqdakı ifadəsində özünü təqsirli bilsə də, məhkəmədə fərqli danışıb.

Deyib ki, Milad adlı İran vətəndaşı ona narkotikin yerini deyib, amma həmin narkotikə əlini vurmamış polislər onu saxlayıb. Ruslan Məmmədov bildirib ki, Bakıdan Yevlaxa taksi ilə gedib. Onu aparan sürücünün adı Xalid olub.

Ruslanın sözlərinə görə, Xalidi qorumaq üçün narkotiki boynuna alıb:

“Mən dəfələrlə məhkumluq həyatı yaşamışam. Buna görə də kimisə özümə “calaq” etməyin yaxşı bir şey olmadığını bilirəm. Xalidin bu işdə günahı olmadığı üçün narkotiki boynuma götürdüm”.

İstintaq zamanı Ruslan Məmmədovun telefonunda Milad adlı İran vətəndaşının narkotikin olduğu yerin şəklini ona göndərdiyi müəyyən edilib. Həmçinin narkotik istifadəçi olan şəxslərin Ruslan Məmmədova yazdığı mesajlar da istintaq zamanı sübut kimi qiymətləndirilib. Həmin mesajlarda ayrı-ayrı şəxslər Ruslan Məmmədova mesaj yazaraq ondan narkotik vasitə istəyiblər.

Məhkəmnin hökmü ilə Ruslan Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90