Azərbaycan Ordusunun sıralarında xidmət edənlərdən biri də Çin əsilli Emin Lindir.
Emin kökəncə Çinin Quançjou şəhərindəndir. 1998-ci ildən sonra sahibkarlıq fəaliyyəti ilə bağlı Azərbaycana köçən Lin ailəsi paytaxtda yeni həyata başlayıb.
Çinli ailənin 5 övladı – Məhəmməd, Aygün, Aydın, Emin və Arzu Lin Azərbaycanda böyüyüb.
“N” saylı hərbi hissədə xidmət edən gənc əsgər silahdaşlarının, komandirlərinin hörmətini qazanıb. Onu fərqləndirən cəhətlərindən biri isə dörd dil bilməsidir. Bu bacarığı ilə o, çoxlarının marağına səbəb olub. Onu Lin kimi çağırsalar da, əsgər yoldaşlarının bəziləri “Çinli” deyə müraciət edir.