image-2000x150
image-eski-chp-li-vekil-mehmet-sevigen-kemal-16042020_6135_ampbackend

Kılıçdaroğlunu CHP-yə gətirən şəxsdən şok açıqlama: Səssiz, sakit, qorxaq adam idi

image-728x90

Kamal Kılıçdaroğlunu partiyada qeydiyyatdan keçirən CHP-nin keçmiş baş katibi Mehmet Sevigen sədr haqqında “Onu partiyaya yazdırmışdıq. Diktator olacağını bilmirdik. Səssiz, sakit, qorxaq bir adam idi” ifadələrini işlədib.

Ulusal.az xəbər verir ki, Sevigen Kılıçdaroğlunun daha əvvəl həm DSP, həm də DYP ilə görüşərək siyasətə girməyə çalışdığını ifadə edib.

“Kemal bəy sosial sığorta təşkilatından təqaüdə çıxdıqdan sonra siyasətə girməyi çox istəyirdi. DSP-yə getdi, Rəhşan xanım Kamalı qəbul etmədi. DYP-yə getdi. O da olmadı. Dəniz Baykal “Bu işlərə Mehmet Sevigen baxır” deyərək mənə yönləndirdi. Yanıma gəldi, partiyaya qeydiyyatdan keçirdik. Diktator olacağını bilmirdik. Elə ab-havası yox idi. Səssiz, sakit, qorxaq adam idi”,- deyə o açıqlayıb.

Kılıçdaroğlunu o dövrdə partiyada mühüm vəzifələrə gətirməklə böyük səhvi etdiklərini vurğulayan Sevigen, “Kamal bəy təəssüf ki, belə bir insandır. Onda sədaqət görə bilməzsən. O zamanlar ən böyük səhvimiz onu partiya rəhbərliyinə gətirmək oldu”,- deyə bildirib.

Kamal Kılıçdaroğlunun sədrlikdən bir an əvvəl istefa verməli olduğu fikrini müdafiə edən Sevigen, “Özünə, ailəsinə və partiyasına zərər vurur. Bu israrın məqsədi nədir, anlamıram. Əgər bir şey olmursa, olmur. Ancaq görünür, indiki nümayəndə strukturu ilə yenidən sədr seçiləcək. Partiyama çox yazığım gəlir”,- sözlərini işlədib.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90