image-rt-reklam
image-1backend

Kiberhücumlar dalğası: “Hədəfdə olan ölkələr arasında Azərbaycan da var”

image-728x90

İran hökumətinə bağlı haker qrupu yeni kiberhücumunda İsrail də daxil olmaqla müxtəlif Yaxın Şərq ölkələrində fəaliyyət göstərən təşkilatları hədəfə alıb.
“Check Pont” kibertəhlükəsizlik şirkətinin araşdırmasına görə, “Muddy Water” kimi tanınan haker qrupu zərərverici proqram vasitəsilə İsraillə yanaşı, Azərbaycan, Portuqaliya, Türkiyə, Səudiyyə Ərəbistanı və Hindistana hücum edib.
Bildirilib ki, zərərli proqram hakerlərə sistemlərdə əmrləri uzaqdan icra etməyə və yoluxmuş qurğular və serverlər arasında faylları ötürməyə imkan verir.
Qeyd olunub ki, hakerlərin hədəfində adıçəkilən ölkələrin hökumət təşkilatları, bələdiyyələr, media qurumları və səyahət agentlikləri var.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90