image-rt-reklam
image-cfbaada718bc5792279feb97c0bdc956backend

“Keşiş Baqrat Qalstanyan aysberqin üzdə olan hissəsidir”- Millət vəkili

image-728x90

50 gündür ki,  Ermənistanda mitinqlər davam edir. Artıq son günlər vəziyyət kritik həddə çatıb. Keşiş Baqrat Qalstyanın başlatdığı aksiya Tavuşdan İrəvana qədər gəlib çatıb. İndi erməni keşiş Baqrat İrəvanın mərkəzində Respublika meydanına nəzarəti ələ keçirib. Nədənsə hələ də Ermənistan iqtidarı susqunluq nümayiş etdirir. İrəvanda baş verənləri Milli Məclisin deputatı Nəsib Məhəməliyevlə müzakirə  etdik.

image-nesib-meclisde

Millət vəkili hesab edir ki, keşiş Baqrat Qalstanyan aysberqin üzdə olan hissəsidir.

“Əsas onun arxasında dayanan kriminal Qarabağ klanı, millətçi-daşnaklar və diasporaya bağlı radikal qüvvələrdir. Onların da arxasında Cənubi Qafqazda mövcud olan və regiona daxil olmağa cəhd edən qlobal güclərdir. Artıq əlli gündür ki, mitinqlər davam edir. Etiraf etməliyik ki, son günlər mütəşəkkillik hiss olunur, meydana daha çox kütlə toplaşır. Ələlxüsus, ölkənin regionlarından da əhalini İrəvana gətirirlər. Əgər, vaxtında qabaqlayıcı tədbirlər görülməsə, hadisələr idarə olunmaz hal ala bilər. Nəticə, Paşinyan və komandası üçün acınacaqlı ola bilər. Kifayət qədər ciddi qüvvələr prosesin içindədir.” -deyə Nəsib Məhəməliyev bildirib.

Millət vəkili hesab edir ki,  hər dəfə iki ölkə  Azərbaycan və Ermənistan arasında sülh danışıqları müsbət məcrada keçdikdə, Ermənistan daxilində və yaxud sərhəd bölgələrində təxribatlar törədilir.

“Radikal milliyətçi qüvvələr aktivləşir, müharibə çağırışları səslədirilir və s.
Bu da onu göstərir ki, regionda sülhün, əmin-amanlığın olmasını istəməyən xarici və daxili qüvvələr var. Erməni və Azərbaycan xalqları arasında barışığın əldə olunması, onların geosiyasi maraqları ilə ziddiyət təşkil edir. Əsas məsələ odur ki, regionu nəzarətdə saxlamaq üçün idarə olunan konflikt lazımdır. Bu gün İrəvanın mərkəzində təlxək bir keşişin arxasında gizlənən, ona dəstək verənlərin hər biri, həmin qüvvələrin nökərləridir. İlin sonuna qədər sülh müqaviləsinin imzalanacağına bir az şübhə ilə yanaşıram. Bundan ötrü, Ermənistan konstitusiyasına dəyişikliklər edilməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını özündə əks etdirən maddələr çıxarılmalıdır. Dövlət Başçımız bu barədə açıq və net şəkildə fikrini bildirib. Necə deyərlər, top Ermənistandadır.” – deyə Nəsib Məhəməliyev bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90