image-2000x150
image-indirbackend

“Kemal Kılıçdaroğlu buna görə birinci turda məğlub oldu…” – Arzuman Muradlı

image-728x90

“Türkiyədəki seçkilərdə Azərbaycan amilinin  bu qədər təsir və müzakirə mövzusu olacağı kimsənin ağlına gəlməzdi. Bu, Azərbaycanın Türkiyə və bütünlükdə region üçün əhəmiyyətinin nə dərəcədə artdığını göstərir. Ancaq digər yandan Türkiyənin aparıcı müxalifət partiyası sədrinin və müxalifətin vahid namizədinin ölkəmizə qarşı sərgilədiyi birmənalı olmayan mövqesi onun məğlubiyyətinin əsasını qoydu” -Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq bildirib ki, Azərbaycanda CHP ideyalarını dəstəkləyən və müxalifətin uğurunu arzulayanlar az deyildi, indi də az deyil.

“Ancaq bu adamların müxalifət liderinin davranışlarından və qutudan çıxan nəticədən məyus olduğu da göz önündədir. Kemal Kılıçdaroğlunun və yaxın ətrafının hələ Azərbaycanla bağlı digər açıqlama və eyhamlarını bir kənara qoysaq, onun seçkiyə cəmi bir neçə gün qalmış açıqladığı “Türk yolu” layihəsində Azərbaycanı bu yoldan kənarda qoyması təkcə Azərbaycanda yox, Türkiyədə də böyük narazılıqla qarşılandı. Bu məntiqsiz və bir siyasətçi kimi qeyri-peşəkar addım qutudan çıxan səslərin nisbətində əlbəttə, həlledici olmasa da, müəyyən dərəcədə özünü göstərməmiş deyil. Azərbaycan hər zaman, xüsusilə də məlum dəhşətli zəlzələ zamanı Türkiyəyə olan münasibətini, dəstəyini ortaya qoyub.Kemal Kılıçdaroğlunun “Türk yolu” layihəsində Azərbaycanı kənarda qoyması onun seçkilərin birinci turunda az səs almasına təsir etdi. Yəni Kemal Kılıçdaroğlu ilk turda məğlub olmasına əsas səbəb seçici hüququ olan və Azərbaycanı sevənlərin qəzəbinə səbəb olmasıdır. Yəqin ki, Kemal Kılıçdaroğlu mayın 28-də keçiriləcək ikinci turda bunu nəzərə alacaq” -deyə Arzuman Muradlı bildirib.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90