Bu gün Kəlbəcər rayonunun Nadirxanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Ulusal.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Laçın sakini Fərid Əmrahov “Mercedes Atego” markalı yük avtomobili ilə kənd ərazisində hərəkətdə olarkən dərəyə aşıb.
Hadisə nəticəsində sürücü və avtomobildə olan 2004-cü il təvəllüdlü Beyləqan sakini Nihad Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafidir.(“Qafqazinfo”)