image-rt-reklam
image-1backend

Kəlbəcərdə həlak olan hərbçi dəfn edildi

image-728x90

Kəlbəcər rayonunda iyulun 15-də bədbəxt hadisə nəticəsində həlak olan hərbçi dəfn edilib.

Ulusal.az “Report”a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Zaqatala şəhər sakini, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Yunis Vasif oğlu Abbasovla vida mərasimi keçirilib.

Mərasimdə hərbçinin ailə üzvləri, qohumları, qulluq etdiyi hərbi hissəsinin zabit və əsgər heyəti, Zaqatala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Vida mərasimindən sonra Y.Abbasov Zaqatala şəhər qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu Yunis Abbasov Kəlbəcərdə uçqun altında qalaraq həlak olub. O, ailəli idi, üç övladı var.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90