Dekabr ayının 23-də Kəlbəcər rayon Almalıq kəndi ərazisində 2 yük avtomobili toqquşub.
Bu barədə Ulusal.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
E.Qasımov qeyd edib ki, toqquşma nəticədə sürücülərdən 1-i Göygöl rayon Toğanalı kənd sakini V. Bayramov yüngül bədən xəsarətləri alıb:
“Kəlbəcər rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Faktla bağlı araşdırmalar davam etdirilir”.