image-rt-reklam
image-1backend

Kardioloqdan xəbərdarlıq: Bu millinin oyunlarını izləmək ürəyə ziyandır

image-728x90

İngiltərəli kardioloq Dorian Darmor maraqlı açıqlama verib.

Ulusal.az xəbər verir ki, Avro-2024-də İngiltərə millisinin oyunlarını izləmək sağlamlıq üçün risk ola bilər.

Mütəxəssis deyib ki, Qaret Sautqeytin müdafiə taktikası buna səbəb yaradır. Azarkeşlər məyusluq hissi keçirir. Bu da onların stress səviyyələrini və ürək xəstəlikləri riskini artırır.

Darmor əlavə edib ki, fanatlar matçlara baxarkən spirtli içki qəbul edərlərsə, risk daha da artacaq.

Əks nümunə kimi kardioloq hücum futbolu müsbət emosiyalar və sağlamlığa kömək edən maddələrin istehsalına səbəb olan İspaniya millisini göstərib.

Qeyd edək ki, İngiltərə yığması iyulun 6-da Avro-2024-ün 1/4 finalında İsveçrə ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90