ABŞ prezidenti Donald Tramp keçmiş vitse-prezident Kamala Harrisə dövlət tərəfindən təmin edilən mühafizənin dayandırılması barədə göstəriş verib. Ulusal.az xəbər verir ki, onun təhlükəsizliyi bu vaxta qədər ABŞ Gizli Xidməti tərəfindən qorunurdu.
CNN-in məlumatına görə, vitse-prezident postunu tərk etmiş şəxslərin altı ay müddətinə dövlət mühafizəsindən yararlanmaq hüququ var. Keçmiş prezident Co Bayden isə Ağ Evi tərk etməzdən əvvəl imzaladığı direktivlə bu müddətin daha bir il uzadılmasını təsdiqləmişdi.
Lakin Trampın əmri ilə həmin direktiv etibarsız elan olunub və sentyabrın 1-dən etibarən ABŞ Gizli Xidmətinin Kamala Harrisə qarşı öhdəlikləri dayandırılıb.