image-rt-reklam
image-image_750x_68ce658be35bbbackend

Kadirovun oğlunun saatı Putini qəzəbləndirdi:  Putin tapşırıq verdi 

image-728x90

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadirovun ailəsi ilə bağlı dəbdəbəli həyat tərzi qalmaqallarından sonra xüsusi nəzarət mexanizmi tətbiq edib.

Ulusal.az xəbər verir ki, prezident Administrasiyasındakı mənbələrin məlumatına görə, Kremldə qapalı keçirilən iclasda Kadirovlar ailəsinin fəaliyyətinə daimi nəzarətin yaradılması qərara alınıb. Bu çərçivədə təyin olunan koordinatora həm sosial şəbəkələrdə, həm də KİV-də dəbdəbənin nümayişinə ciddi nəzarət etmək tapşırılıb. Hər hansı pozuntu birbaşa Putinə çatdırılacaq.

Məlumata əsasən, Putinlə Ramzan Kadirov arasında münasibətlər Çeçenistan rəhbərinin oğlu, respublika parlamentinin deputatı Adam Kadirovun toyundan sonra gərginləşib. Prezident Kadirova sentyabr ayına qədər dəbdəbəli tədbirlərə qadağa qoymuşdu.

Lakin məhdudiyyətlərin götürülməsindən az sonra sosial şəbəkələrdə Adam Kadirovun qohumları tərəfindən paylaşılan brilliant saatların fotoları qalmaqala səbəb olub. Putin bu görüntülərə sərt reaksiya verərək xəbərdarlıq edib ki, oxşar hal təkrarlansa, Ramzan Kadirovun istefası gündəmə gətiriləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90