image-rt-reklam
image-1backend

Kadırov öz övladlarını və qohumlarını yüksək vəzifələrə təyin edib

image-728x90

Çeçenistan lideri Ramazan Kadırov 14 övladını və qohumlarının əksəriyyətini hökumətdə yüksək vəzifələrə təyin edib.

Çeçenistan lideri Ramazan Kadırov 24 yaşlı qızı Kadizat Kadırovanı hökumətdə vitse-prezident təyin edib. Qərar hökumətin sosial media hesabında elan edilib.

47 yaşlı keçmiş milis lideri oktyabr ayında əvvəllər mədəniyyət naziri olmuş 25 yaşlı qızı Ayşatı baş nazirin müavini təyin edib. Kadırovun böyük oğlu 18 yaşlı Əhməd idman və gənclər nazirinin müavini olub.

Çeçenistan rəhbərinin kürəkəni kənd təsərrüfatı naziri, qaynı isə nəqliyyat naziridir. R.Kadırov 27 yaşlı qardaşı oğlu Həmzəti təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edib. Kadırovun 14 övladının əksəriyyəti və onların qohumları hazırda hökumətdə yüksək vəzifələrdə çalışırlar.

Çeçenistan lideri son vaxtlar şişmiş üzünə və qeyri-sağlam görünüşünə görə “ölüm yatağında” olduğu iddiaları ilə gündəmdədir, lakin bu xəbərlər təsdiqini tapmayıb.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90