image-rt-reklam
image-image_750x_650d22039603bbackend

Kadırov ölüb? – Görüntüləri yayıldı

image-728x90

Çeçenistan lideri Ramzan Kadırov səhhətinin pisləşdiyi və ağır xəstələndiyi xəbərləri fonunda Moskvada fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb. Ulusal.az xəbər verir  ki,o sosial şəbəkədəki səhifəsində paylaşım edib və iş görüşünün videosunu ona əlavə edib.

“Biz Fövqəladə Hallar Nazirliyinin regional rəhbərliyi ilə bağlı məsələləri müzakirə etdik, həmçinin inkişafı federal agentliyin diqqətini tələb edən ən aktual sahələri müəyyən etdik. Görüş zamanı Aleksandr Kurenkov Çeçenistan Respublikasının ərazilərinin minalardan təmizlənməsi üzrə həyata keçirilən tədbirlərdən danışıb”, – Kadırov postda yazıb.

Bundan əvvəl KİV Çeçenistan rəhbərinin səhhətinin ağır olduğunu yazmışdı. Bəziləri onun tamamilə komada olduğunu bildirdilər. Daha sonra sosial şəbəkələrdə Kadırovun ailəsi ilə birlikdə gəzişməsinin videosu yayılıb. Videonu Kadırovun köməkçisi Umar Daudov yayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90