image-rt-reklam
image-qarabaqbackend

Kadi “Qarabağ”ın ən bahalı, Almeyda ən ucuz futbolçusudur – Siyahı

image-728x90

Macarıstan “Ferentsvaroş”undan transfer edilmiş Kadi Borges “Qarabağ” klubunun ən bahalı futbolçusuna çevrilib.

Teleqraf “Transfermarkt” portalına istinadən xəbər verir ki, fevralın 4-də Ağdam təmsilçisi ilə 4 illik müqaviləyə imza atan Kadinin bazar dəyəri 2,5 milyon avro təşkil edir. Onun əvəzinə “Ferentsvaroş”a verilən Julio Romaonun qiyməti isə 800 min avrodur.

İkinci sırada 2 milyon avro ilə Leandro Andrade qərarlaşıb. İlk üçlüyü isə 1,8 milyon avro ilə Nəriman Axundzadə və Oleksey Kaşuk qapayırlar.

“Köhlən atlar”ın əfsanəsi Riçard Almeyda hazırki heyətin ən ucuz futbolçusudur – 100 min avro.

Son Azərbaycan çempionunun heyətinin ümumi dəyəri 22 milyon 350 min avrodur.

“Qarabağ”ın hazırkı futbolçularının bazar dəyəri:

1. Kadi Borges – 2,5 milyon avro

2. Leandro Andrade – 2 milyon avro

3-4. Oleksey Kaşuk – 1,8 milyon avro

3-4. Nəriman Axundzadə – 1,8 milyon avro

5. Mateuş Koxalski – 1,5 milyon avro

6-8. Yassin Benziya – 1,2 milyon avro

6-8. Toral Bayramov – 1,2 milyon avro

6-8. Emmanuel Addai – 1,2 milyon avro

9-10. Aleksey İsayev – 900 min avro

9-10. Elvin Cəfərquliyev – 900 min avro

11. Şahruddin Məhəmmədəliyev – 800 min avro

12-13. Fabian Buntiç – 700 min avro

12-13. Mateus Silva – 700 min avro

14-16. Marko Yankoviç – 600 min avro

14-16. Bəhlul Mustafazadə – 600 min avro

14-16. Musa Qurbanlı – 600 min avro

17. Abbas Hüseynov – 550 min avro

18-20. Abdullah Zubir – 500 min avro

18-20. Kevin Medina – 500 min avro

18-20. Redon Cica – 500 min avro

21. Patrik Andrade – 450 min avro

22-24. Marko Veşoviç – 200 min avro

22-24. Bədavi Hüseynov – 200 min avro

22-24. Amin Ramazanov – 200 min avro

25. Sadiq Məmmədzadə – 150 min avro

26. Riçard Almeyda – 100 min avro.

Qeyd edək ki, “Qarabağ” tarixinin ən bahalı transferi Riçard Almeydadır. O, 2012-ci ildə Braziliyanın “Santu-Andre” klubundan 1,28 milyon avroya alınıb. Ən bahalı satış isə ötən ay 5 milyon avro qarşılığında Braziliya “Flamenqo”suna keçən Juninyoya məxsusdur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90