image-2000x150
image-33backend

Jurnalist Arayikin Xankəndidəki kreslosunda əyləşdi

image-728x90

Qarabağdan qovulmuş separatçıların keçmiş “lideri”, hazırda Bakıda istintaq təcridxanasında saxlanılan Arayik Arutyunyanın bir zamanlar Xankəndidə istifadə etdiyi iş otağından görüntülər yayılıb.
Modern.az-ın məlumatına görə, AzTV-nin yaydığı görüntülərdən bəlli olur ki, Azərbaycan Ordusunun gəlişindən qorxan separatçıların “rəsmiləri” danışdıqları telefonun dəstəyini belə yerinə qoymadan tələm-tələsik qaçıblar.
Yeri gəlmişkən, Xankəndidən reportaj hazırlayan AzTV-nin əməkdaşı Vüsal Məmmədov sosial şəbəkədə Arayik Arutyunyanın keçmiş kabinetindən maraqlı görüntü paylaşıb. Telejurnalistin Arutyunyanın kreslosunda əyləşib poza verməsi sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90