image-rt-reklam
image-1backend

Juninyo “Qarabağ”dan ayrılır? – Təxminən ay yarım sonra…

image-728x90

“Mövsümün əvvəlində qarşıya qoyduğumuz hədəflərə çatdıq. Ağır zəhmətimizin nəticəsini aldıq. Həm ölkə kubokunda, həm də Premyer Liqada qalib olduq. Buna görə çox sevincliyik. Təxminən ay yarım sonra daha nüfuzlu, məsuliyyətli yarış başlayır. İstirahətdən sonra həmin yarışa hazırlaşacağıq”.

Ulusal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Juninyo Azərbaycan kubokunun finalında “Zirə”ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Braziliyalı forvad bu yay klubunu dəyişib-dəyişməyəcəyi barədə sualı da cavablandırıb:

“Qarabağ”la hələ 2 illik müqaviləm var. Düzdür, gələcəyi müəyyənləşdirmək mənim əlimdə deyil, Tanrıya məxsusdur. Ona görə də indi sadəcə istirahət haqqında düşünürəm”.

O, son oyunlarda əvvəlki formasını nümayiş etdirə bilməməsinin səbəbini belə izah edib:

“Əslində asan deyil. Çempionluğu erkən əldə etdik. Titulu qazandıqdan sonra istənilən halda oyunlara köklənmək asan olmur. Amma buna baxmayaraq, məşqçimiz həmişə çalışırdı ki, bizi oyuna kökləsin, motivasiya etsin. İstənilən halda mövsümün uğurlu nəticələnməsinə görə çox sevincliyik. Bu gün də növbəti titulu əldə etdik. Buna görə çox məmnunam”.

Qeyd edək ki, Juninyo ötən ilin yayından Ağdam təmsilçisində oynayır. O, bu müddət ərzində 55 matça çıxıb, 31 qol vurub və 11 qolun ötürməsini verib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90