image-rt-reklam
image-1backend

Joze Mourinyo “Fənərbağça”ya baş məşqçi GƏTİRİLDİ

image-728x90

Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi olacaq.

Ulusal.az xəbər verir ki, bu barədə İtaliyanın məşhur “Corriere dello Sport” nəşri məlumat yayıb.

Joze Mourinyonun “Fənərbağça” ilə 2 illik müqavilə bağlayacağı bildirilib.

Məlumata görə, İstanbul klubu portuqaliyalı mütəxəssislə anlaşdıqlarını bu gün rəsmən açıqlayacaq.

Qeyd edək ki, 61 yaşlı portuqaliyalı məşqçi bu ilin yanvarında İtaliyanın “Roma” klubundan istefaya göndərilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90