image-2000x150
image-1backend

Japarova qarşı təxribat… – Qırğızıstanda nə baş verir?

image-728x90

Sosial şəbəkələrdə Qırğızıstandan qızıl külçə yükünün çıxarılması ilə bağlı yayılan video dövlət rəhbərliyinə qarşı təxribatdır.

Ulusal.az xəbər verir ki, bu barədə respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

“Yayımlanan məlumatlar həqiqətə uyğun deyil. Milli Təhlükəsizlik Dövlət Komitəsi sosial şəbəkə istifadəçilərini bu faktla bağlı eyhamlar yaymaqdan çəkinməyə çağırır, həmçinin bilərəkdən yalan məlumat yaymağa görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edir”, – məlumatda deyilir.

Kəşfiyyat xidməti videonun hazırlanmasına ölkə hüdudlarından kənarda yerləşən Qırğızıstan vətəndaşlarının cəlb edildiyini bildirib. Sonunculara qarşı əvvəllər də ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə cinayət işi başlanıb.

İdarədən onu da qeyd ediblər ki, destruktiv qüvvələr sosial şəbəkələrdə məqsədyönlü məlumatlandırma işləri aparır, bunun məqsədi yalan məlumatlar yaymaqdır: “Onun məqsədi Qırğızıstan Respublikasının siyasi rəhbərliyi ilə bağlı mənfi ictimai rəy yaratmaqdır. Dağıdıcı qüvvələrin bu cür hərəkətləri respublikanın sabitliyinə və mütərəqqi inkişafına potensial təhlükə yaradır. Həmçinin ictimai-siyasi vəziyyətin gərginləşməsinə səbəb ola, dövlətin təhlükəsizliyinə xələl gətirə bilər”.

Bundan əvvəl internetin Qırğızıstan seqmentində qızıl külçələrlə bağlı video yayılıb. Videoda bu qızılın ölkə prezidenti Sadır Japarov tərəfindən gizli şəkildə ölkədən çıxarılması ilə bağlı şərhlər də yer alır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90