image-2000x150
image-v-750x470backend

“Jamanak” qəzeti: “Mədənlər Azərbaycana veriləcək, ruslar Qarabağdan çıxarılacaq…”

image-728x90

Qarabağda separatçılar arasında narazılıq pik həddə çatıb. Ulusal.az xəbər verir ki, Ruben Vardanyan və Samvel Babayanın Arayik Harutyunyana qarşı çıxması, hətta bu məqsədlə Xankəndidə aksiyalar təşkil etmələri tərəflər arasında qarşıdurma səviyyəsinə çatıb.

Ermənistanda nəşr olunan “İravunk” və digər qəzetlər yazırlar ki, Vardanyan Babayanın “dövlət naziri” olmasına razılıq verib və bu fikri dəstəkləyib. Separatçıların nümayəndəsi isə iki gün öncə Xankəndidə keçirdiyi aksiya ilə iddiasını ortaya qoymağa çalışıb. Lakin onun gözlədiyi 500 adamın yerinə, cəmi 50-60 nəfərin aksiyaya qatılması bütün planlarını pozub. Ona görə də, Babayan hamını evlərinə dağılmağa çağırıb və 10 gündən sonra yenidən bir araya gələcəklərini bildirib. Sadəcə, oradakı ermənilərə bildirib ki, gələrkən özləri ilə bir neçə adam da gətirsinlər.

Babayanın hədəfi Qurgen Nersisyanı devirib, onun yerinə keçməkdir. Hətta separatçılar arasında belə bir söhbət də dolaşır ki, Samvel Nikol Paşinyanın dəstəyi ilə “dövlət naziri” olacaq, Nersisyan isə “baş prokuror” kimi işinə davam edəcək.

Arayik Harutyunyan isə vəziyyəti nizamlamaq və özünü qorumaq üçün daha bir addım atmağa başlayıb. Belə ki, o, 10 gün ərzində Qarabağdakı bütün siyasi və ictimai qüvvələri bir araya gətirərək, onlarla məsləhətləşmələr aparacaq. Bununla bağlı “Hraparak” yazır ki, Harutyunyanın məqsədi yeni bir şura yaratmaq, hamını ora cəlb etməkdir. “Onun məqsədi bundan sonrakı mərhələdə təkbaşına deyil, kollektiv şəkildə qərarların verilməsinə nail olmaqıdır. Arayik Harutyunyan bununla məsuliyyəti üzərindən atmağa çalışır. Ona görə də, hamının iştirak edəcəyi və kollektiv qərarların alınacağı orqan yaradılacaq”.

Amma Qarabağda başqa xəbərlərdə yayılıb. Məsələn, iddia olunur ki, Samvel Babayanı Xankəndinə Ermənistanın baş naziri Nikol Paşinyan göndərib və onun “dövlət naziri” olmasına da dəstək verəcək. “Jamanak” qəzeti bununla əlaqədar yazır ki, guya, Paşinyan Babayanı ona görə, Xankəndinə göndərib ki, Qarabağın Azərbaycana verilməsi prosesində sonuncu aktı həyata keçirsin. “Onlar artıq müxtəlif sennariləri də müzakirə edirlər. Birincisi, Samvel Babayan “dövlət naziri” olduqdan sonra Laçında quraşdırılmış Sərhəd Buraxılış Məntəqəsinin ləğvini həyata keçirəcək. Azərbaycan tərəfi məntəqəni açacaq, lakin çox sayda erməni Qarabağı tərk edəcək. Bununla da Babayanın nüfuzu artacaq. Ardından isə onun dəstəyi ilə Qarabağdakı rus hərbçilərinin çıxarılmasını tələb edəcək. İddia da bu olacaq ki, ruslar onların təhlükəsizliyini qorumaq gücündə deyil”.

Lakin erməni nəşri “plan”ın bununla bitməyəcəyini də iddia edib. Qəzet yazır ki, bu proseslərə paralel olaraq Qarabağdakı mədənlərin istismarı Azərbaycana həvalə ediləcək. “Oradan alınan pulların isə Qarabağın büdcəsinə köçürüldüyünü bildirəcək. Azərbaycanlılar isə Qarabağda mülkədar hüququ ilə yaşayacaq”.

P.S. Qeyd edək ki, bütün bunlar hamısı illuziyadan başqa bir şey deyil. Çünki Azərbaycan Qarabağın əzəli və əbədi olaraq torpaqları olduğunu artıq təsdiqləyib. Ermənilərin hər hansı bir müqavimət göstərmək imkanları da yoxdur. Samvel Babayan və digərlərinin ortaya atdıqları məsələlər isə blefdən başqa bir şey deyil. Həmçinin Qarabağda yaşayan ermənilər arasında nüfuz qazanmaq üçün düşündükləri plandır.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90