Türkiyənin İzmir şəhərində polis idarəsinə silahlı hücum nəticəsində yaralananların sayı 6-ya çatıb.
Hadisə nəticəsində 2 polis əməkdaşı həlak olub.
Silahlı hücumun 16 yaşlı şəxs tərəfindən edildiyi bildirilir. O, artıq saxlanılıb. Araşdırma başladılıb.
***
Türkiyənin İzmir şəhərində faciəvi hadisə baş verib.
Ulusal.az xəbər verir ki, 16 yaşlı yeniyetmə polis əməkdaşlarına atəş açıb.
Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, biri isə yaralanıb. Hücum polis bölməsində baş verib.
Hadisənin motivləri barədə hələlik rəsmi açıqlama verilməyib. Təhlükəsizlik qüvvələri araşdırmalara başlayıb.
Musavat.com

