image-rt-reklam
image-1backend

İYİ Partiyada İSTEFALAR

image-728x90

Türkiyədə 31 martda keçirilən yerli seçkilərdəki uğursuz nəticədən sonra İYİ Partiyada istefalar yaşanıb.

Ulusal.az xəbər verir ki, partiyanın İstanbul merliyinə namizədi Buğra Kavuncu X səhifəsində İYİ Partiyanın İstanbul vilayət təşkilatının sədrliyindən getdiyini açıqlayıb.

Həmçinin partiya sədrinin yerli özünüidarəetmə orqanları üzrə müavini Burak Akburak da X-də paylaşım edərək bu vəzifədən istefa verdiyini elan edib.

Hər iki siyasətçi partiyanın sıravi üzvü kimi qalıblar.

Qeyd edək ki, ötən seçkilərlə müqayisədə səsləri kəskin şəkildə azalan İYİ Partiya 6-cı yeri tutub. Partiya cəmi bir vilayətdə çoxluq əldə edərək Nevşehir bələdiyyəsini qazanıb. Növbədənkənar qurultaya gediləcəyi ilə bağlı açıqlama verilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90