image-rt-reklam
image-1backend

“İtkin ailələrinin eşidilməyən səsi” layihəsinin icrası sentyabr ayında başa çatıb

image-728x90

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin 2025-ci il iyul ayından həyata keçirdiyi “İtkin ailələrinin eşidilməyən səsi” layihəsinin icrası sentyabr ayında başa çatıb.

Layihə çərçivəsində həyata keçirilən tədbirlər İşveçrənin Cenevrə şəhərində baş tutub.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin müraciətinə ilk dəfə reaksiya verən BMT, 2025 ci il avqustun 28-də azərbaycanlı itkinlərin ailə üzvləri Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR – The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED – Committee on Enforced Disappearances) Katibliyi tərəfindən qəbul edilib.

2025-ci il avqustun 30-da Beynəlxalq İtkin Düşmüşlər Günündə “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Cenevrədə BMT-nin Avropa ofisinin yerləşdiyi “Millətlər sarayı” meydanında silahlı zorakılığın bütün formalarından əziyyət çəkən insanların fəryadını təcəssüm etdirən rəmzi “Sınıq stul” abidəsi qarşısında  keçirdiyi aksiyada məqsəd Azərbaycan xalqına qarşı Ermənistan dövləti tərəfindən həyata keçirilən soyqırım siyasəti nəticəsində  itkin düşmüş, vətəndaşların axtarılması işinin səmərəliliyinin artırılması, problemin dünya ictimaiyyətinə çatdırılması  BMT-nin itkin düşmüş azərbaycanlılar üzrə məlumatlılığının artırılması olub. “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tələb edib ki, Ermənistan kütləvi məzarlıqlarla əlaqədar xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir.

Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Cenevrədə aksiya zamanı azərbaycanlı itkin ailələri bu hüquqlarına hörmətlə yanaşılmasını istəyiblər.

Aksiyada azərbaycanlı itkinlərin şəxsi əşyaları, sənədləri sərgilənib, onların həyat hekayələrini izah edən, onların dili ilə insanlığa xitab edən şüarlardan ibarət orijinal kompozisiya aksiyanı izləyənləri çox təsirləndirib və onların azərbaycanlı itkin ailələrənə yaxınlaşaraq təsəlli veriblər.

İtkin ailələri Ermənistanı müharibə canilərini cəzalandırmağa çağırış ediblər bildiriblər ki, Ermənistanda Azərbaycana qarşı müharibə cinayətləri törətmiş şəxslər məsuliyyətə cəlb olunmayıb.

Qeyd edək ki, bu azərbaycanlı itkinlərin ailə üzvlərinin xarici ölkədə keçirilən ilk aksiyasıdır…

image-1 image-2 image-3 image-4

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90