“İstisu” mineral sulardan hesab olunur. Tərkibindəki kimyəvi maddələrin, eləcə də mineralların çox olması onu təbii süfrə suyundan fərqləndirir. Təbii süfrə suyu olmadığını mütləq şəkildə vurğulamaq lazımdır”.
Bu sözləri Metbuat.az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, “İstisu”yun tərkibində dəmir, yod, fosfor, sink, maqnezium və yüksək miqdarda litlium var:
“Bu maddələrin çox olması göstərir ki, bu su bir çox xəstəliklərin müalicəsində faydalıdır. Əsasən mədə-bağırsaq, həzm problemi, qaraciyər, öd kisəsi və digər daxili orqanların müalicəsi zamanı “İstisu”dan istifadə etmək olar. Tərkibində kalsium və maqneziumun çox olması dişlərin sağlamlığında da böyük rol oynayır”.
Məhsəti Hüseynova qeyd edib ki, bu kimi sulardan istifadə edərkən diqqətli olmaq lazımdır:
“Çünki tərkibində minerallar həddindən artıq çoxdur, bəzən gün ərzində çox miqdarda qəbul olunduqda böyrəklərin problemlərinə gətirib çıxara bilər. Həmçinin mədə turşuluğunun artmasına səbəb ola bilər. Çünki bəzən olur ki, insanlar bunu təbii süfrə suyu ilə qarışdırır. Gün ərzində iki fincandan artıq içmək tövsiyyə olunmur. 1 litrdən artıq qəbul edildikdə, orqanizmdə fəsadlar törədə bilər”.