image-2000x150
image-4ae020dccec73678bf97c5e2692a0310backend

İstiqlala bomba atan terrorçu məhkəmə qarşısında: Özü haqqında bunları dedi…

image-728x90

Türkiyədə törədilən terror aktı ilə bağlı məhkəmə prosesi başlayıb.

İstiqlal küçəsinə bombanı atan Əhlam Əlbəşir də daxil olmaqla 36 nəfərin ittiham olunduğu ilk proses İstanbul 13-cü Ağır Cəza Məhkəməsi tərəfindən Mərmərə həbsxanasının qarşısındakı məhkəmə zalında keçirilib. Saat 11.30 radələrində başlayan iclasda zalda Əhlam Əlbəşir və 15 müttəhim iştirak edib. 12 müttəhim isə məhkəməyə saxlanıldıqları həbsxanadan audio və video informasiya sistemi vasitəsilə qoşulub. Məhkəmə zalında tərəflərin vəkilləri də olub.

Əhlam Əlbəşir məhkəməyə qara çadrada gəlib.

Əhlam Əlbəşir özünü boşanmış kimi təqdim edib və heç vaxt məktəbə getmədiyini deyib. Əhlam Əlbəşir oxumağı bildiyini, lakin yazmağı bilmədiyini bildirib.

Qeyd edək ki, proses iyulun 17-də davam edəcək.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90