Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin NATO üzvlüyü müqabilində prezidentlikdən istefa verməyə hazır olduğunu bildirib.
Ulusal.az xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında ABŞ və NATO ilə bağlı danışarkən deyib.
Zelenski Ukraynada sülhü təmin etmək üçün prezident postundan istefa verməyə hazır olduğunu və belə bir fürsət olarsa, “NATO-ya üzvlük” müqabilində bunu edəcəyini qeyd edib.
O əlavə edib ki, ABŞ, Rusiya və Avropa ölkələri Ukrayna ilə birlikdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarında iştirak etməlidir.
Kiyevdə sammit keçiriləcəyini söyləyən Zelenski, 13 tərəfdaşın paytaxta gələcəyini, 24-nün isə onlayn şəkildə görüşə qatılacağını bildirib.