image-rt-reklam
image-1backend

İstanbullular gecəni çadırlarda keçirir: Təkrar təkanlar qorxusu

image-728x90

İstanbulda onlarla sakin yeni zəlzələlərdən qorxaraq şəhər parklarında qurulmuş çadırlarda gecələməyə üstünlük verir.

Ulusal.az xəbər verir ki, bu baradə “SHOT Telegram” kanalı məlumat yayıb.

Qeyd edək ki, son günlərdə 300-ə yaxın zəlzələdən biri 3,7 bal gücündə sonuncu təkan bu səhər qeydə alınıb.

Hakimiyyət insanları müvəqqəti yaşayış yerlərində su və yeməklə təmin edir, lakin mümkün dağıntı qorxusu çoxlarını küçələrdə qalmağa məcbur edir.

Seysmik aktivliyə baxmayaraq, turistlərin İstanbula marağı azalmır. Məlumata görə, Türkiyənin ən böyük şəhərinə səfərlərə tələbat əvvəlki illə müqayisədə eyni səviyyədə qalıb və hətta bir qədər də artıb.

Mütəxəssislər qeyd edirlər ki, may bayramları da daxil olmaqla, sifarişlərin praktiki olaraq ləğvi yoxdur. Türkiyə populyar məkan olaraq qalır və turistlər mövcud vəziyyəti səfərlərini ləğv etmək üçün səbəb kimi görmürlər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90