image-rt-reklam
image-1backend

İstanbulda əməliyyat: 10 əcnəbi saxlanıldı

image-728x90

Türkiyə polisi İstanbulda “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən on əcnəbini saxlayıb.

Ulusal.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“İstanbulun 7 rayonunda 17 ünvanda dövlət üçün təhlükə törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması üçün əməliyyat keçirilib”, – deyə agentlik məlumat yayıb.

Polisin tədbirləri nəticəsində on əcnəbi saxlanılıb, barələrində istintaq-əməliyyat tədbirləri başlanılıb. Şübhəlilərin milliyyəti açıqlanmır.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya daha əvvəl il ərzində 6 vilayətdə İŞİD-lə əlaqədə şübhəli bilinən 3,5 mindən çox şəxsin saxlanıldığını açıqlamışdı.

Oxşar əməliyyatlar Türkiyədə mütəmadi olaraq həyata keçirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90