İstanbulda böyük qorxuya səbəb olan 6,2 bal gücündə zəlzələdən sonra Mərmərə dənizində afterşoklar davam edir.
Ulusal.az xəbər verir ki, bununla bağlı Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Silivri sahillərindən 24 km uzaqlıqda olan zəlzələ, xüsusilə İstanbula təsir edib. Həmçinin Tekirdağ, Yalova, Bursa və Balıkəsir vilayətlərində də hiss olunub. Dünəndən etibarən ən böyüyü 5,9 bal gücündə olmaqla 184 afterşok baş verib.
Qeyd olunub ki, önümüzdəki günlərdə təkanlar bir müddət davam edə bilər. Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun direktoru Nurcan Meral Özəl də zəlzələnin təsirlərinin hələ bir müddət davam edəcəyini söyləyib:
“Bu zəlzələdən sonra 5 baldan böyük iki təkan oldu. 6,2 bal gücündə zəlzələnin təsiri 1,5-2 ay davam edə bilər”.
Qeyd edək ki, Türkiyədə sonunca zəlzələ bugün səhər yerli vaxtla saat 07:19-da Böyükçəkməcədə qeydə alınıb.