İstanbul Hava Limanı keçən il gündə orta hesabla 1401 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.
Ulusal.az xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 2024-cü ilə dair dərc etdiyi hesabatda bildirilib. Hesabata görə, İstanbul Hava Limanı gündə orta hesabla 1401 uçuşla lider olub.
Siyahıda ikinci sırada Amsterdamın “Schiphol” hava limanı (1328 reys), üçüncü yerdə isə Londonun ”Hetrov” (1302 reys) hava limanı qərarlaşıb.