image-rt-reklam
image-1backend

İstanbul Hava Limanı 2024-cü ildə Avropanın ən işlək hava limanı seçildi

image-728x90

İstanbul Hava Limanı 2024-cü ildə 1,97 milyon ton yük daşınması (malların daşınması, yüklənməsi, boşaldılması, yığılması, ayrılması və qablaşdırılması) ilə Avropanın ən işlək hava yük mərkəzi oldu.

Hava limanının operatoru İGA-nın sosial media hesabında edilən paylaşımda “Airports Council International-ın (ACI Europe) 2024-cü il üzrə İllik Trafik Hesabatına əsasən, İstanbul Hava Limanı Avropanın ən işlək hava yük hava limanıdır və 1,97 milyon ton yük daşınıb. Bu rəqəm əvvəlki illə müqayisədə 39,6% artıma bərabərdir” ifadəsindən istifadə edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90