image-rt-reklam
image-1backend

“İstanbul görüşü sülhün açarı ola bilər” – Politoloq

image-728x90

“İstanbul görüşü sülhün açarı ola bilər. Tramp sülh danışıqları təklifini irəli sürən kimi Kiyev təklifi qəbul etdi, və dərhal Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda mayın 15-də Putinlə təkbətək görüşə hazır olduğunu bəyan etdi. Bu görüş olduqca əməmiyyətli bir sülhə yol aça bilər” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, Trampın Rusiya ilə danışıqlara “dərhal” başlamaq çağırışından sonra Zelenskinin görüşə hazır olmasını deməsi artıq sülh üçün bir siqnaldır.

“Rəsmi Ankara da bu görüş üçün bütün dəstəyini verəcəyini bəyan edib. Əgər İstanbul görüşü effektiv alınsa bu Türkiyənin regiondakı gücünü daha da artıracaq. Çoxları üçün maraqlıdır? Bəs, İstanbul danışıqları nəhayət, dönüş nöqtəsi ola biləcəkmi, Rusiya real sülhə gedəcəkmi? Hesab edirəm ki, bu şanslar olduqca zəifdir və Putinin İstanbul təşəbbüsü daha çox vaxt uzatmağa hesablanan addım kimi görünür. Amma Ərdoğan amili burada əsas ola bilər. Çünki həm Putin, həm də Zelenski, eləcə də görüşün əsas təşəbüsskarı olan Trampın Ərdoğana xüsusi hörməti var. Bu nüfüz savaşı bitirməyə şans verə bilər”.– deyə Arzuman Muradlı bildirib.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90