Ulusal.az xəbər verir ki, mərkəzi Londonda yerləşən beynəlxalq araşdırma şirkəti olan Euromonitor International tərəfindən hazırlanan hesabata görə, 2023-cü ildə Türkiyənin İstanbul şəhərini 20 milyon 200 min turist ziyarət edib. Beləliklə İstanbul 2023-cü ildə ən çox ziyarət edilən şəhər olub.
Keçən il İstanbula gələn turistlərin sayı 2022-ci il ilə müqayisədə 26 faiz artıb.
İstanbulun havası, tarixi yerləri, mətbəxi, möhtəşəm mənzərəsi, türklərin yardımseverliyi və muzeylərdə istifadə olunan texnologiya turistləri cəlb edir.
Hesabatda İngiltərənin paytaxtı Londonun ikinci, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri də üçüncü pillədə qərarlaşıb.
Sözügedən dövrdə Londonu 18 milyon 800 min, Dubay şəhərini isə 16 milyon 800 min turist ziyarət edib.