İsrailin razılığı olmadan Fələstin dövlətinin yaradılması qeyri-mümkündür. Ulusal.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox Radio”ya müsahibəsində bir jurnalistin Fələstinin BMT-nin 140-dan çox üzvü dövlət tərəfindən tanınması faktını şərh etmək istəyinə cavab olaraq deyib.
“Bu ölkələrin heç biri Fələstin dövləti yaratmaq gücünə malik deyil. İsrail buna razı olmasa, heç bir Fələstin dövləti ola bilməz”, – Rubio təkid edib.
Dövlət katibi həmçinin Fələstinin digər ölkələr tərəfindən birtərəfli qaydada tanınmasını yersiz və səmərəsiz addım adlandırıb. O qeyd edib ki, bu ölkələr bu Fələstin dövlətinin harada yerləşdiyinə və onu kimin idarə edəcəyinə belə qərar verə bilmirlər.