image-rt-reklam
image-img_20230630_113630backend

İsrailin müdafiə naziri: “İranın sərhədlərimizin yaxınlığında at oynamasına dözməyəcəyik”

image-728x90

Ulusal.az xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qallant vurğulayıb ki, İsrail İranın ölkə sərhədləri yaxınlığında təsirini genişləndirmək cəhdlərinə dözməyəcək.

O, həmçinin deyib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İsrailin “masa üzərində bütün variantları var”.

Yoav Qallant dünən İsrail Hərbi Hava Qüvvələri zabitlərinin məzuniyyət mərasimindəki çıxışında deyib:

“Biz İranın bölgəmizdə at oynatmaq cəhdlərinə dözməyəcəyik. Biz onlara qarşı tədbir görəcəyik və hücumumuzla onları İsrail sərhədindən minlərlə kilometr uzaqlaşdıracağıq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90