image-rt-reklam
image-1backend

“İsrailin casus qərgahına hücuma başlayırıq…” – İran cavab tədbirlərinə başladı

image-728x90

Ərbildə yaşayış binasına endirilən raket zərbələrinə cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu İraqın şimalında İsrailin casus qərargahına hücuma başladığını elan edib.

Ulusal.az  xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.

İranın ən nüfuzlu güc strukturu həmçinin “İslam Dövləti”nin Suriyadakı obyektlərinə zərbələr endirildiyini bildirib.

Kürd hökumətinin təhlükəsizlik şurası Ərbilə endirilən zərbələr nəticəsində 4 mülki vətəndaşın həlak olduğunu, 6 nəfərin isə yaralandığını bildirib və zərbələri “cinayət” adlandırıb.

Şura həmçinin qeyd edib ki, Ərbildə yaşayış binasına endirilən zərbə nəticəsində İraqın Kürd bölgəsində tikinti layihələrində iştirak edən milyarder Peşro Dizai həlak olub. Onun ailəsinin bir neçə üzvü də dünyasını dəyişib.

İsrail hələ ki, ittihamlara cavab verməyib. ABŞ Dövlət Departamenti İranın zərbələrini kəskin şəkildə pisləyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90