image-rt-reklam
image-1cb8390213d7f583eafc3719a25119b3backend

İsrailə DƏHŞƏT yaşadan “Qonaq” və “Gəzən ölü”nün ŞOK PLANI: “Heç kim bilmirdi, gecə saat 4-də…”

image-728x90

İlk göstəriş səhər saat 04:00-dan əvvəl gəldi və hər şey bir anda dəyişdi…

İsrail-HƏMAS müharibəsi bu gün ilk ayına qədəm qoyub. Britaniyanın “The Guardian” qəzeti düz bir ay əvvəl, oktyabrın 7-də HƏMAS tərəfindən həyata keçirilən hücumun naməlum təfərrüatlarını oxucuları ilə bölüşüb.

Ulusal .az xəbər verir ki, İsrail kəşfiyyatının məlumatları, hücum zamanı ələ keçirilən HƏMAS döyüşçülərinin sorğu-sual etirafları və hücumdan birbaşa xəbəri olan mənbələrdən alınan məlumatlar əsasında hazırlanan hesabat 100% təsdiqini tapa bilməsə də, HƏMAS ekspertləri bunun ən ağlabatan variant olduğunu hesab edirlər.

SƏHƏR 04:00 – Hücum bu saata qədər heç kimə deyilməyib

6549e9614e3fe01ed00e1af3.jpg (70 KB)

HƏMAS-ın bir neçə liderinin hazırladığı gizli plan, hətta hücumun olacağı günün səhərinə qədər onu həyata keçirəcək şəxslərə məlum olmayıb.

İlk göstəriş səhər saat 04:00-dan əvvəl gəlib və mütəmadi olaraq təlimlərdə iştirak edən bütün döyüşçülərə həmişə səhər namazını qıldıqları məscidə getmələri tapşırılıb.

SƏHƏR 05:00 – “Bütün silah və sursatlarınızı götürüb, hazırlaşın”

6549e8024e3fe01ed00e1ac7 (1).jpg (51 KB)

Səhər namazını qılan camaat dağıldıqdan sonra, saat 05 radələrində yeni göstəriş gəlib: Əlinizdə olan bütün silah və sursatları götürün. Müəyyən nöqtələrdə toplayın.

Ancaq bu məqamda belə nə olacağı heç kimə deyilməyib. HƏMAS-ın əsas qrupu tərəfindən formalaşdırılan “Əqsa tufanı” hələ də yalnız bir neçə adama məlum olan bir sirr idi.

SƏHƏR 06:00 – İlk yazılı təlimatlar gəlib

“Guardian” qəzetinin yazdığına görə, HƏMAS İsrailin hərbi və kəşfiyyat xidmətləri tərəfindən deşifrə olmamaq üçün göstərişlərini şifahi şəkildə vermək qərarına gəlib. Verilən göstərişlər qısa müddətdə Qəzzanın müxtəlif bölgələrindəki HƏMAS döyüşçülərinə çatdırılıb. Döyüşçülər toplaşdıqdan sonra silahlar paylanıb.

Yekun göstərişlər isə səhər saat 06:00-da gəlib. Bu nöqtədə təlimatlar yazılı olub.

Hər qrupa fərqli tapşırıqlar verilib

6549e8374e3fe01ed00e1ad0.jpg (89 KB)

Yazılı təlimata əsasən, HƏMAS üzvləri Qəzzanın ətrafındakı hasarın uçurulmasından sonra boşluqlardan sürətlə keçərək İsrail əsgərlərinə hücum etməli idilər.

Guardian qəzetinin məlumatına görə, yazılı təlimatları HƏMAS-ın iki yüksək rütbəli siması: Məhəmməd Deif və Yəhya Sinvar hazırlayıb. Hər bölməyə müxtəlif tapşırıqlar verilib. Birinci qrup hücuma hazırlıqsız olan İsrail əsgərlərini zərərsizləşdirəcək, ikinci qrup mövqeləri İsrail əsgərlərinə qarşı qoruyacaq, üçüncü qrup isə mümkün qədər çox adamı qaçırıb girov götürəcəkdi.

İsrail təhlükəsizlik rəsmiləri əmindirlər ki, HƏMAS gizli planı digər qiyamçı qruplara və ya xaricdəki əlaqələrinə ötürməyib. HƏMAS rəsmiləri hücumun iki il əvvəl İsrail polisinin Məscidül-Əqsaya basqın etməsindən sonra planlaşdırılmağa başladığını deyir və başqa təfərrüat verməkdən imtina edirlər.

“Qonaq” və “Gəzən ölü adam”

6549e75f4e3fe01ed00e1abf.jpg (57 KB)

Hücumda HƏMAS-ın yüksək səviyyəli fiqurlarının oynadığı rollar hələ tam müəyyən edilməyib, lakin planın mərkəzində Məhəmməd Deif və Yəhya Sinvarın olduğu aydındır.

HƏMAS-ın hərbi qolu olan İzzəddin əl-Qəssam Briqadalarının komandiri Məhəmməd Deif “Qonaq” kimi tanınır, çünki o, İsrail kəşfiyyatı tərəfindən tutulmamaq üçün hər gecə başqa bir fələstinlinin evində qalır.

HƏMAS-ın qurucu üzvlərindən biri olan 61 yaşlı Sinvar isə “HƏMAS-ın beyni” sayılır və İsrail administrasiyası onu “gəzən ölü adam” adlandırır. 1988-ci ildə iki İsrail əsgərinin ölümündən sonra həbs edilən Sinvar 2011-ci ildə əsir mübadiləsi müqaviləsi ilə azadlığa buraxılıb.

Sərbəst buraxıldıqdan sonra sürətlə yüksələn və HƏMAS-ın ikinci əsas adamına çevrilən Sinvar Qəzzanın faktiki hakimidir.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90