İsrailli təhlükəsizlik analitiki Şay Qal Kiprin “Simerini” qəzetinə müsahibəsində Türkiyə əleyhinə açıqlamalar verib.
Ulusal.az xəbər verir ki, Qal İsrail, Yunanıstan və Cənubi Kipr arasında ittifaqın vacib olduğunu bildirib.
O, bunu Ankaranın Şərqi Aralıq dənizindəki təsirinə qarşı qalxan kimi xarakterizə edib.
Qal, həmçinin Yunanıstan və İsrailin həyata keçirdiyi “Poseydonun qəzəbi” adlı birgə strategiyadan danışıb, bunun Türkiyənin hərbi gücünə qarşı balans yaratmaq məqsədi daşıdığını iddia edib.
Analitik Türkiyənin Şimali Kiprdəki varlığını, Ankaranın məğlubedilməzliyini vurğulayıb. Həmçinin qeyd edib ki, Türkiyənin “Bayraktar” və “Akıncı” PUA-ları Cənubi Kipr və İsrail üçün ciddi təhlükə yaradır.Publika.az