image-rt-reklam
image-1backend

İsraildə Türkiyə qorxusu: Netanyahu hakimiyyətdə olduğu müddətdə…

image-728x90

İsrail mediası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı sərt siyasəti və dünya liderlərinə təsiri haqda yazıb.

Ulusal.az xəbər verir ki, mediaya danışan Təl-Əviv Universitetindən professor Hay Eytan Koen Yanarocakın sözlərinə görə, Ərdoğan hər bir beynəlxalq platformada Qəzza məsələsini gündəmə gətirir və İsrailə qarşı konkret addım atır.

O qeyd edib ki, Türkiyə Haaqa məhkəməsində İsrailə qarşı əməliyyat prosesində iştirak edir, iqtisadi tədbirlərdə öncül rol oynayır, digər tərəfdən də İsrailə qarşı sərt mövqe tutmaları üçün təzyiq göstərir.

Yanarocakın fikrincə, Fransa və Böyük Britaniyanın Fələstin dövlətini tanıması da Türkiyənin siyasətini gücləndirəcək: “Avropa gücləri bu cür qərarlar verərkən Türkiyənin əvvəlki qərarlarına haqq qazandırmış olurlar”.

O, həmçinin Netanyahu hakimiyyətdə olduğu müddətdə Türkiyə ilə normallaşma prosesinin baş tutmayacağını bəyan edib.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90