İsraildə İsa Məsihi qadağan edən qanun qəbul oluna bilər.
Ulusal.az xəbər verir ki, “Arqumentı nedeli” nəşrinin məlumatına görə, Knessetdə- İsrail parlamentində xristianların İsa Məsih haqqında danışdıqlarına görə həbs edilməsini nəzərdə tutan qanun layihəsi təqdim edilib.
Onu Netanyahu hökumətinin hakim koalisiyasından iki deputat – Moişe Qafni və Yaakov Aşer təqdim edib.
Qanun layihəsi internetdə, çap mediasında və hətta e-poçt vasitəsilə “İsa peyğəmbərə dəstək məzmunlu” müzakirəsini və ya dərcini cinayət hesab edir.
O cümlədən:
▪İsa Məsih haqqında danışmaq 18 yaşdan kiçik uşaqlara aid olarsa, iki ilə qədər həbs cəzası ilə nəticələnə bilər.
▪İsa Məsih haqqında material dərc etmək bir ilə qədər həbslə cəzalandırılır.Moderator.az