İsrail Suriyada 61 illik Baas rejiminin devrilməsinin ardından bölgədəki 250 hədəfə hava zərbələri endirib.
İsrail ordusundan verilən məlumata görə, bu, İsrail tarixindəki ən böyük hava hücumu əməliyyatlarından biri olub. Əsəd ordusuna aid hərbi bazaların, onlarla döyüş təyyarəsinin, onlarla yer-hava raket sisteminin, silah istehsal sahələrinin və anbarların hədəf alındığı iddia edilib.
“Yedioth Ahronoth” qəzetinin xəbərinə görə, İsrail 50 ildən artıq müddətdə ilk dəfə Suriyanın bütün hava bazalarına hücum edib.