Ulusal.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Qəzzanın Təl əl-Hava məhəlləsində yerləşən 16 mərtəbəli Məkkə qülləsini vuraraq binanı tamamilə dağıdıb.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, qüllədə HƏMAS-ın infrastrukturu yerləşirdi.
İsrail ordusu hücumun səbəbini məhz bunu göstərir.
Məkkə qülləsi Qəzza zolağının ən hündür və simvolik binalarından biri sayılırdı. Hadisə nəticəsində ölən və ya yaralananların sayı barədə hələlik rəsmi açıqlama yoxdur.