image-rt-reklam
image-1backend

İsrail  Qəzzada HƏMAS-ın əsas qalası olam  “Əl-Qafri” qülləsini dağıtdı -VİDEO

image-728x90

Ulusal.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) mətbuat xidməti bildirib ki, Qəzza şəhərində HƏMAS terror təşkilatının hərbi məqsədlər üçün istifadə etdiyi növbəti çoxmərtəbəli bina məhv edilib.

Terrorçular həmin binada kəşfiyyat məlumatlarının toplanması üçün avadanlıqlar qurublar və İsrail qüvvələrinin mövqelərini izləmək, həmçinin terror fəaliyyətlərini idarə etmək üçün müşahidə postları yaradılıb.

Hücumdan əvvəl mülki əhalinin zərər görməməsi üçün tədbirlər görülüb: dərhal təxliyə ilə bağlı xəbərdarlıq verilib, yüksək dəqiqlikli silahlar istifadə olunub, hava müşahidəsi aparılıb və əlavə kəşfiyyat məlumatlarından yararlanılıb.

Qəzzada fəaliyyət göstərən terror təşkilatları beynəlxalq hüququ sistemli şəkildə pozur, mülki obyektləri amansız və səxavətsiz şəkildə hərbi məqsədlər üçün istifadə edir və əhalinin arasında fəaliyyət göstərirlər.

Qəzza mənbələri “Əl-Qafri” qülləsinin dağıdılması ilə bağlı video görüntülər yayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90