image-rt-reklam
image-1backend

İSRAİL BAYDENİN ATƏŞKƏS PLANINA RAZILAŞDI – Ortaqları Netanyahunu hədələyir

image-728x90

İsrailin Baş naziri Benyamin Netanyahunun köməkçisi Ofir Falk İsrailin ABŞ Prezidenti Co Bayden tərəfindən irəli sürülən Qəzza zolağında müharibəyə son qoymaq planının müddəaları ilə razılaşdığını təsdiqləyib. Eyni zamanda, o, layihəni qeyri-kamil və əhəmiyyətli təkmilləşdirmə tələb edən layihə kimi qiymətləndirib.

“Razılaşdığımız plan çox yaxşı deyil, amma biz həqiqətən bütün girovların azad edilməsini istəyirik”, deyən Falk, eyni zamanda, İsrailin təslim olmadığını qeyd edib.

O, ABŞ-nin şərtlərinə, yəni girovların qaytarılmasına əlavə olaraq, HƏMAS-ın törətdiyi soyqırıma görə məsuliyyət daşıyan bir terror təşkilatı kimi məhv edilməsini” tələb edib. Netanyahunun iki ifrat sağçı koalisiya ortağı HƏMAS-a qarşı kifayət qədər sərt olmadığını bildirərək, hər hansı razılaşmaya etiraz olaraq, Netanyahunu hökuməti tərk edəcəkləri ilə hədələyiblər.

Co Bayden mayın 31-də Qəzza zolağında atəşkəs planını təqdim edərək, bunun üç mərhələdən ibarət olduğunu və İsraildən gələn təkliflərə əsaslandığını qeyd edib. Birinci mərhələ atəşkəs və hələ də yaraqlıların əlində olan bəzi girovların qaytarılmasını nəzərdə tutur. Gələcəkdə döyüşən tərəflər arasında hərbi əməliyyatların qeyri-müəyyən müddətə dayandırılması və bütün qalan əsirlərin azad edilməsi ilə bağlı danışıqların aparılması gözlənilir.

Bu hərəkət ardıcıllığı HƏMAS-ın Misir və Qətərin vasitəçiliyi ilə əldə olunan əlavə razılaşmalarda rol oynamağa davam edəcəyini göstərir. Bununla belə, bu, potensial olaraq İsrailin İranın dəstəklədiyi radikal qruplaşmanı məhv etmək üçün kampaniyanı davam etdirmək əzmi ilə ziddiyyət təşkil edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90