image-rt-reklam
image-1backend

İsrail 2 milyard verir: 1 milyon fələstinli Türkiyə vətəndaşlığı alacaq?

image-728x90

Türkiyə Rəyasət Heyətinin Rabitə Müdirliyinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi 1 milyon fələstinlinin Türkiyə vətəndaşı olacağına dair iddiaları təkzib edib.

Dezinformasiya ilə Mübarizə Mərkəzi “Netanyahudan açıqlama: 2 milyard dollar müqabilində 1 milyon fələstinlinin Türkiyə vətəndaşı olub Türkiyədə yaşaması üçün Ərdoğanla razılaşdıq” yazılarından sonra açıqlama yayıb.

Açıqlamada iddianın doğru olmadığı bildirilərək “Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın belə bir görüşü və ya İsrail Baş naziri Benyamin Netanyahunun belə bir açıqlaması yoxdur. İddialar tamamilə uydurmadır” ifadələri işlədilib.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90